İnsanlara hürriyət, millətlərə istiqlal!

Çeçen məşqçinin viza problemi – Belə getsə, o, Qazaxıstan vətəndaşlığı alacaq

Futbol üzrə Qazaxıstan milli komandasının baş məşqçisi Maqomed Adiyev Qazaxıstan vətəndaşlığını almaq imkanını nəzərdən keçirir.

Musavat.com Vesti.kz-ə istinadən xəbər verir ki, rusiyalı mütəxəssis bunun səbəblərini izah edib.

Rusiya Federasiyasının vətəndaşı olan çeçen əsilli Adiyevə bəzi Avropa ölkələrinə viza almaq çox vaxt asan olmur. Ona görə də Qazaxıstanın Futbol Federasiyası onun Qazaxıstan vətəndaşlığını almaq ideyasını irəli sürüb.

Federasiyanın, idman nazirinin onun Qazaxıstan vətəndaşlığı almasının problemin həlli edəcəyini düşündüklərini deyən Adiyev bu məsələni seçmə mərhələnin sonuna qədər təxirə salmağı xahiş edib.

M.Adiyevin sözlərinə görə, hazırda təkcə onun üçün yox, Rusiyanın bütün vətəndaşları üçün çətin dövrdür.

“Viza ilə bağlı problemin ciddi olduğunu söyləmək olmaz, amma vizalarımı almaq çox vaxt aparır. Burda UEFA da işə qarışır, məktub yazmaq lazım olur, problemlər çıxır. Amma hələlik məni sərhəddən buraxırlar. Ümid edirəm ki, Finlandiya və Danimarkaya da buraxacaqlar”, - deyə Adiyev “Rabinerv” YouTube kanalına müsahibəsində bildirib.

Qazaxıstan millisi Avro-2024-ün seçmə mərhələsində daha üç səfər matçı (Danimarka, Finlandiya və Sloveniya) keçirəcək. Adıyevə vizadan imtina ehtimalı həqiqətən də mövcuddur. Avrokuboklar mövsümünün başlanğıcında bəzi klublar heyətlərində rusiyalı futbolçuların olması ilə bağlı artıq problemlərlə üzləşiblər. “Pünik”in futbolçusu Mixail Kovalenkoya Estoniya, daha sonra isə İsveç vizası verilməyib. Buna görə də o, Konfrans Liqasının seçmə oyunlarını buraxmalı olub. 2022-ci ildə “Bayer”in rusiyalı qapıçısı Andrey Lunevə də Britaniya vizası verilməmişdi.

Adiyevin Qazaxıstan pasportu almaq üçün hər cür əsasları var. Onun atası vaxtilə sürgün olunan çeçenlərin ailəsində, Almatıda anadan olub və bir müddət Qazaxıstanda yaşayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR