Onlayn ictimai-siyasi qəzet
Rusiya hərbi qüvvələri Sverdlikov bölgəsində irəliləyərək Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinin mühüm təchizat yolunu nəzarət altına alıblar.
Musavat.com xəbər verir ki, bu barədə “TASS” agentliyi Rusiyanın təhlükəsizlik orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, Rusiya ordusunun nəzarətinə keçən əsas marşrut Ukrayna hərbçilərinin maddi-texniki təminatına ciddi maneə törədir. Mənbənin bildirdiyinə görə, bu strateji mövqe Rusiyanın bölgədəki hərbi üstünlüyünü gücləndirə bilər.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin ölkəsinin silahlı qüvvələrinin Kursk vilayətində Ukrayna sərhədini keçdiyini açıqlamışdı. O, bu əməliyyatın Rusiyanın hərbi planlarına uyğun şəkildə davam etdiyini vurğulayıb.
Musavat.com
23 Fevral 2025
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ