Onlayn ictimai-siyasi qəzet
İsti içkilər 65 dərəcədən yuxarı hər gün çox miqdarda istehlak edildikdə yemək borusunda yanma, aşınma və qıcıqlanma ilə meydana gələn ezofagit xəstəliyinə səbəb olur.
Musavat.com xəbər verir ki, türkiyəli həkim Vedat Göral bununla bağlı xəbərdarlıq edib.
Qastroenteroloq bildirib ki, qışda istehlak edilən həddindən artıq isti içkilər sonrakı illərdə qida borusu və qırtlaqda xərçəng riski yaradır.
Həkimin tövsiyəsinə görə, çay və ya digər içkilərin temperaturu 65 dərəcədən aşağı olmalıdır. Göral sahlep, isti şokolad, qəhvə, süd, kapuçino, çobanyastığı, cökə, zəncəfil və şüyüd çaylarının ilıq içilməsi lazım olduğunu ifadə edib.
"Xüsusilə isti çay 65 dərəcədən yuxarı temperaturda hər gün çox miqdarda istehlak edildikdə ilkin olaraq yemək borusunda yanma, aşınma və qıcıqlanma ilə ortaya çıxan ezofagit xəstəliyinə səbəb olur. Əgər isti içkilər içməyə davam etsəniz, bu, növbəti illərdə qida borusu və qırtlaqda xərçəng riski yaradır, boğazın zədələnməsinə və diş çürüməsinə səbəb olur. Həddindən artıq istilik diş səthindəki qoruyucu qatı məhv edir və rəngin dəyişməsinə səbəb olur. Çayın və ya digər içkilərin temperaturu 65 dərəcədən aşağı olmalıdır ki, bu da dözülən temperaturdur. Siqaret çəkənlər çox isti çay qəbul etdikdə xərçəng riski 2 dəfə, həm siqaret, həm isti çay, həm də spirtli içki qəbul etdikdə isə risk 5 dəfə artır. Həmçinin güclü ağrıkəsiciləri isti içkilərlə birlikdə qəbul etmək olmaz" - qastroenteroloq əlavə edib.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ