Onlayn ictimai-siyasi qəzet
Çox isti çay və ya hər hansı isti içki ağız, boğaz və həzm sisteminə ciddi şəkildə zərər verə bilər.
Musavat.com xəbər verir ki, mütəxəssislər bununla bağlı xəbərdarlıq edib.
Bildirilir ki, içkilər 65 dərəcədən yuxarı istilikdə içildikdə qida borusunda yanma və qıcıqlanmaya səbəb olan ezofagit xəstəliyinə, zamanla isə xərçəng xəstəliyinə səbəb olur. Buna görə də çay, qəhvə və digər isti içkilərin bir az soyudularaq istehlak edilməsi tövsiyə olunur.
Bundan əlavə, çox çay içmək bəzi sağlamlıq problemlərinə səbəb ola bilər. Həddindən artıq kofein qəbulu yuxu problemləri, əsəbilik və ürək döyüntüsü kimi problemlərə yol açır. Bu səbəbdən çayı balanslı şəkildə istehlak etmək vacibdir.
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ