Onlayn ictimai-siyasi qəzet
Göygöl rayonunda çay kənarında meyiti tapılan qadının kimliyi müəyyənləşib.
Bu barədə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.
Bildirilib ki, polisin keçirdiyi tədbirlərlə həmin şəxsin Gəncə şəhər sakini, Ruhi-Əsəb Dispanserində qeydiyyatda olan 1947-ci il təvəllüdlü Şərqiyyə Məmmədova olması müəyyən edilib.
Ekspertizanın rəyinə əsasən, Ş. Məmmədova ürəktutmadan dünyasını dəyişib.
08 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ