İnsanlara hürriyət, millətlərə istiqlal!

Çavuşoğlu Qarabağda açılan hava limanlarının əhəmiyyətindən DANIŞDI

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın işğaldan azad olunan bölgələrində açılan hava limanlarının əhəmiyyətindən danışıb.

Bu barədə o, Akdeniz Universitetində tələbələrlə görüşdə bildirib:

“Can Azərbaycana verdiyimiz dəstəklə Cənubi Qafqazda 30 illik işğal başa çatdı. Prezidentlərimizin imzaladığı Şuşa Bəyannaməsi ilə əlaqələrimiz müttəfiqlik səviyyəsinə qalxdı. Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında aparılan inkişafın şahidi oluruq.

Bu torpaqlarda avqusta Füzuli, oktyabrda Zəngilan Hava Limanının açılması ilə dünya ilə əlaqə yarandı. Biz ora universitetlərimizdən təcrübə keçənləri də göndərdik ki, onlar da diplomatlarımızla birgə tarixə şahidlik etsinlər”, - o bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR