İnsanlara hürriyət, millətlərə istiqlal!

Çavuşoğlu Pelenin dəfn mərasiminə qatılacaq

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu braziliyalı futbolçu Pelenin dəfn mərasiminə qatılacaq.

Bu barədə Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir.

Belə ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Braziliyanın yeni seçilmiş prezidenti Luiz İnasio Lula da Silvanın andiçmə mərasimində Türkiyəni təmsil edəcək nazir Mövlud Çavuşoğluya Pelenin dəfn mərasimində iştirak etməyi tapşırıb.

Qeyd edək ki, əfsanəvi futbolçu Pele dekabrın 29-u 82 yaşında vəfat edib. Onun dəfn mərasimi sabah gerçəkləşəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR