İnsanlara hürriyət, millətlərə istiqlal!

Çavuşoğlu: "İsveç və Finlandiyanın şərtləri yerinə yetirdiyinə inanmırıq"

Türkiyə İsveç və Finlandiyanın NATO-ya daxil olmaq üçün əvvəllər əldə edilmiş razılaşmaların şərtlərini yerinə yetirdiyinə inanmır.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda NATO-nun baş katibi Yens Stoltenberqlə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

"Türkiyə hər zaman NATO-nun genişlənməsi və güclənməsinin tərəfdarıdır. Biz NATO-ya yeni üzvlərin qəbulu prosesini ləngitmirik. Finlandiya və İsveç embarqonu ləğv edib, qanunvericiliyə dəyişiklik edib, lakin bu, kifayət deyil", - türkiyəli nazir bildirib.

Onun sözlərinə görə, Finlandiya ilə NATO-ya qəbulla bağlı heç bir xüsusi məsələ yoxdur, lakin İsveç Madrid Memorandumundan irəli gələn bütün öhdəliklərini yerinə yetirməlidir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR