İnsanlara hürriyət, millətlərə istiqlal!

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub – Heyrətamiz səbəb...

Əməkdart artist Cavanşir Məmmədovun vəfatı həm sənət dünyasını, həm də onu sevənləri dərindən sarsıttı. Ürəktutmasından dünyasını dəyişən sənətçinin dəfnində az adamın iştirak etməsi müzakirə mövzusuna çevrildi. Hətta bu məsələ çoxları tərəfindənq ınanıldı.

Maraqlıdır, niyə əksər məhşurların dəfnində insan sayı az olur? Bunun səbəbi nədir?

Mövzu ilə bağlı aparıcı Elgiz Əkbər “Yeni Sabah”a danışıb. Aparıcı qeyd edib ki, sənət adamlarının dəfnində iştirak etmək lazımdır:

“Bizdə sənət adamlarına layiq olduğu qiyməti vermirlər. Adamın mədəniyyət və incəsənət sahəsində xidmətləri var. Dünyasını dəyişib. Hər kəsin borcudur ki, onun dəfnində iştirak etsin. Bu səbəbdən həmin məsələdə üzrlü və üzrsüz səbəblər var. Mən efirdə idim. Xəbəri eşitdim, efir bitəndən sonra hüzr yerinə gəldim. Belə hesab edirəm ki, sənət adamlarının dəfnində iştirak etmək çox vacibdir”.

E.Əkbər bildirib ki, dəfn mərasimində iştirak etmək ölən adam üçün yox, bizim üçün vacibdir:

“Sənətkarların dəfnini təşkil etmək lazımdır. Azərbaycanda nə qədər qurum var. Bu cür işlər üçün də hər hansısa tədbirlər görülməlidir. Türkiyədə bu işlər yaxşı idarə olunur. Məhşurlardan kimsə vəfat edəndə nə qədər insan onun dəfninə toplaşır. Əsas isə həmkarlardır. Bizdə bu cür mərasimlərdə iştirak zəif olur. Dəfndə o qədər də insan olmur. "Üç" mərasiminə üstünlük verirlər. Ya da deyirlər ki, sonra gedərəm. Amma əsas vəfat etdiyi gündür. Həmin gün iştirak etmək lazımdır. Kənardan da nə isə deyiləndə xəcalət çəkməyək. Könül rahatlığı ilə deyə bilək ki, biz bu adamı son mənzilə yaxşı yola saldıq. Hər halda belə vəziyyətlərdə hər camiənin öz adamları var. Ancaq bunu təşkil etmək lazımdır. Bu təmtəraqlar bizə görədir. Onların dünyadan köçən adama heç bir xeyri yoxdur. Bu sənətə verilən qiyməti göstərir. Yoxsa 5 nəfərlə də bastırsalar eynidi, 3 nəfərlə də. Ölən adam bunu hiss etmir. Məşğul olduğu sahə üzrə əziyyətləri varsa, adamı hörmət və izzətlə son mənzilə yola salmaq vacibdir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR