İnsanlara hürriyət, millətlərə istiqlal!

Çarli Kirkə atəş açan şəxs saxlanıldı - VİDEO

Yuta ştatının Orem şəhərində universitet tədbirində amerikalı siyasi fəal Çarli Kirkə silahlı hücum edən şəxs polis tərəfindən saxlanılıb. 

Musavat.com xəbər verir ki, Fox News-un məlumatına görə, Yuta ştatında amerikalı siyasi fəal Çarli Kirkə sui-qəsd təşkil etməkdə şübhəli şəxs Demokrat Partiyasının üzvü Maykl Mallinsondur.

Hadisə universitet tədbiri zamanı baş verib. Kirk snayper atəşi ilə ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanları Mallinsonun motivlərini araşdırır, istintaq davam edir.

Xatırladaq ki, bir neçə ay əvvəl Kirk Ukrayna prezidenti Vladimir Zelenskini sərt şəkildə tənqid etmiş, onu öz xalqını qırğına aparan MKİ-nin “marionetkası” adlandırmışdı.

Hadisənin təfərrüatları araşdırılır. 

 

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR