İnsanlara hürriyət, millətlərə istiqlal!

Canlı yayımdakı qonağımız türkiyəli analitik ABDULLAH AĞARDIR

Türkiyə Milli Təhlükəsizlik Şurasının builki son iclası bu gün Beştəpədə keçiriləcək.

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə gerçəkləşəcək toplantının əsas müzakirəsinin Suriya mövzusu olacağı gözlənilir.

İclasda “Heyət Təhrir əş-Şam” Hərəkatı və onu müşayiət edən qrupların Suriyanın rejim qüvvələri ilə toqquşmaları və irəliləyişləri müzakirə ediləcək.

Mümkün köç təhlükəsi də masadakı mövzular sırasında olacaq. Şuranın digər gündəmi isə terrorla mübarizə əməliyyatlarıdır. Şimali İraqın Zap bölgəsində uğurla başa çatan və digər istiqamətlərdə davam edən əməliyyatlar qiymətləndiriləcək.

Hizbullah döyüşçüləri və İraqdakı iranyönlü şiə silahlı birləşmələri müxalif siyasətçilərə qarşı müdafiə əməliyyatları keçirmək üçün Suriya hökumət qüvvələrinə qoşulublar.

Bu barədə “Vaşinqton Post” Hizbullah və İraq silahlı qüvvələrinin nümayəndələrinə istinadən məlumat yayıb. Qeyd edək ki, “Heyət Təhrir əş-Şam” Həmas və İdlibi ələ keçirdikdən sonra Həmaya hücum edib. Hazırda döyüşlərin Həmanın girişində davam etdiyi bildirilir.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız türkiyəli siyasi analitik Abdullah Ağar olacaq. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Yanvar 2025

22 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR