İnsanlara hürriyət, millətlərə istiqlal!

Canına qəsd edən məktəbli ilə bağlı YENİ XƏBƏR

Xəbər verdiyimiz kimi, Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin VI sinif şagirdi Məmmədov Ağamir Azər oğlu bu gün günorta saatlarında yaşadığı evdə intihar edib.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, intiharın səbəbi məlum deyil:

"Hüquq-mühafizə orqanları aşadırma aparır. Hadisə evdə səhər saatlarında baş verib. Həmin şagirdin dərsi ikinci növbədə olub. Bu gün də dərsə gəlməyib. Özünə qəsd dərs vaxtı olmayıb. Şagirdə verilən psixoloq rəyində ünsiyyətcil qeyd olunub. Birinci yarım ildəki qiymətləri də orta olub".

Təhsil İdarəsi şagirdin valideynin telefonunu əlindən alması səbəbindən intihar etməsi məsələsinə də aydınlıq gətirib və bildirib ki, belə bir məlumatları yoxdur.

Qeyd edək ki, ötən ay həmin məktəbin şagirdi məktəbli yoldaşını qətlə yetirib./News24.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR