İnsanlara hürriyət, millətlərə istiqlal!

BVF rəhbəri: “Çində COVID-19-a yoluxanların sayının artması qlobal iqtisadiyyata mənfi təsir göstərəcək”


“Çində COVID-19-a yoluxanların sayının artması qısa müddətdə qlobal iqtisadiyyata mənfi təsir göstərəcək”.

Bunu Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktoru Kristalina Georgiyeva deyib.

Kristalina Georgiyeva, Çin iqtisadiyyatının koronavirusa qarşı sərt sıfır yumşaldıcı siyasəti səbəbindən 2022-ci ildə kəskin şəkildə yavaşladığını və son 40 ildə ilk dəfə olaraq ölkənin iqtisadi artımının ya qlobal iqtisadi artımla bərabər, ya da ondan aşağı ola biləcəyini söyləyib.

“Əvvəllər belə hal olmayıb. Yaxın 3-6 ayda Çində koronavirusa qarşı tədbirlərin zəifləməsi ölkə üçün infeksiyaya yoluxanların sayının sürətlə artması ilə nəticələnəcək”.//“Report” 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR