İnsanlara hürriyət, millətlərə istiqlal!

Buxarada qız oğlanı intim videoları ilə şantaj edib

Buxara vilayətində 19 yaşlı qız 25 yaşlı sevgilisini şantaj edərək bildirib ki, oğlan ona beş min dollar verməsə, ikisinin intim xarakterli birgə videosunu yayacaq.

Musavat.com xəbər verir ki, bu barədə Podrobno.uz saytı məlumat yayıb.

Buxara vilayətinin Daxili İşlər İdarəsinin mətbuat xidmətinin verdiyi məlumata görə, oğlanın tələbi yerinə yetirməkdən imtina edəcəyi təqdirdə qız onların cinsi əlaqəsinin videogörüntülərini onun qohumlarına verəcəyini vəd edib. Oğlan tələblə razılaşıb, ancaq bu barədə hüquq-mühafizə orqanlarına xəbər verib. Qız razılaşdırılmış məbləği aldığı zaman cinayət başında yaxalanıb.

Faktla bağlı hədə-qorxu ilə tələb etmə maddəsi üzrə cinayət işi başlanıb. İstintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, şantajın bu növünə, yəni gənc qızın subay kişini intim video ilə şantaj etməsi halına nəinki Özbəkistanda, hətta bütün dünyada nadir rast gəlinir. Adətən bənzər şantaja qadınlar məruz qalır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR