Onlayn ictimai-siyasi qəzet
Pekində keçirilən Çin Kommunist Partiyasının 20-ci Milli Konqresi bu gün keçirilən bağlanış iclası ilə başa çatıb.
Musavat.com xəbər verir ki, Çin dövlət başçısı Xi Jinping bu mühüm siyasi görüşün son günündə elan etdiyi mühüm qərarlarla lider kimi gücünü nümayiş etdirib.
Beləliklə, Çin Kommunist Partiyasının Mərkəzi Komitəsi Xi Jinpingi üçüncü müddətə Baş katib seçib.
Qurultayda baş verən bir hadisə bütün dünyanın diqqətini çəkib.
Çinin keçmiş prezidenti Hu Cintao gözlənilmədən partiya qurultayından qovulub.
Arıqlamış və yaşlı görünən Hu heç bir açıqlama verilmədən Pekinin "Böyük Salon"unda ön sıradakı oturacağından qaldırılıb və səlahiyyətlilər tərəfindən zaldan çıxarılıb.
Hadisə yerində olan AFP jurnalistləri Çinin keçmiş prezidenti Hu Cintaonun Kommunist Partiyası qurultayının bağlanış mərasimindən gözlənilmədən uzaqlaşdırılmasının şahidi olublar.
Bu müəmmalı hadisə dünya mediasının gündəmindən düşmür.
Qeyd edək ki, 2013-cü ildə təqaüdə çıxan Hu keçən həftə konqresin açılışında ağarmış saçları və yorğun görünüşü ilə diqqət çəkmişdi.
Nigar Cəfərli,
Musavat.com
14 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ