İnsanlara hürriyət, millətlərə istiqlal!

Bütöv ölkə zülmətə qərq oldu: Prezident ABŞ-ı günahlandırdı

Kubanın Antonio Qutierres adına əsas istilik elektrik stansiyasında baş verən nasazlıq nəticəsində ölkə bütünlüklə qaranlığa qərq olub.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, qəza barədə məlumatı Kubanın Energetika və Mədən Nazirliyi yayıb.

Nazirliyin məlumatına görə, Matanzas şəhərində istilik elektrik stansiyasında nasazlıq yerli vaxtla saat 11.00-da (Bakı vaxtı ilə 18.00) baş verib.

Bu nasazlıq Kubanın Milli Elektrik Enerji Sisteminin tamamilə bağlanmasına səbəb olub. Kuba Elektrik Birliyi sistemin bərpası üçün səy göstərir.
Kuba prezidenti Migel Diaz-Kanel Bermudes deyib ki, hökumət problemi həll etmək üçün əlindən gələni edir. O, baş nazir Manuel Marrero Kruza əhalini mövcud fövqəladə vəziyyət barədə məlumatlandırmağı tapşırıb. Dövlət başçısının sözlərinə görə, problemlərin əsas səbəbi yanacaq və digər resursların idxalını çətinləşdirən ABŞ sanksiyalarıdır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR