İnsanlara hürriyət, millətlərə istiqlal!

Bürclər hansı psixoloji problemlərdən əziyyət çəkirlər?

Astroloqlar, bürclərin hansı psixoloji problemlərdən əziyyət çəkdiklərini açıqlayıblar.

BAKU.WS xarici KİV-ə istinadən sözügedən açıqlamanı təqdim edir:

Qoç bürcü

Bu bürcün nümayəndələri son dərəcə şübhəci insanlardır. Onları paranoid şizoferinə (Xəyal dünyasında yaşadığı üçün normal həyat sürmək onun üçün çətindir. Ümumiyyətlə, 18-30 yaş arası insanlar arasında rast gəlinən bir haldır) yaxın da hesab etmək olar.

Buğa bürcü

Bu bürcdən olan adamlar hədsiz duyğusal olduqları üçün digər bürclərlə müqayisədə daha tez depressiyaya meyl edirlər. Diqqətlərini gündəlik işlərinə yönəldə bilmirlər və uzun müddət üzgün halda yaşamağa davam edirlər.

Əkizlər bürcü

Həyatı eniş-yoxuşlarla dolu olan əkizlər bürcündə psixoloji problem mütəmadi olur. Onlar daima depressiyaya düşə və bununla da özlərinə ziyan verə bilərlər. Bu səbəblə də onların ətraflarındakı adamlarla əlaqələri tez-tez pozulur.

Xərçəng bürcü

Bu bürcdən olanlar daimi narazılıq edirlər və bilinməyən bir şey axtarırlar. Daim diqqət çəkmək istədikləri üçün histrionik şəxsiyyət pozğunluğuna (insanın daim diqqət mərkəzində olmaq istəyi və həddindən artıq emosional reaksiyalar verməsi ilə xarakterizə olunan psixoloji pozuntudur) meyllidirlər.

Şir bürcü

Şir bürcünün sağlam psixologiyasının pozulması sadəcə bir ehtimalıdır. Bu bürcün psixoloji pozğunluğu narsisistlikdir. Özünü başqalarından üstün tutmaqla məşğuldur, bunun ətrafdakılara və özünə də zərər verdiyini görmür.

Qız bürcü

Həyatı həddən artıq qaydalar çərçivəsində yaşamaq və emosional sərtlik...Bu bürclər obsesif kompulsiv pozğunluğuna (Təkrarlanan düşüncə və davranışlara səbəb olan obsesif-kompulsiv pozğunluq müalicə edilə bilən bir xəstəlikdir. Gündəlik həyatda obsesif və həyəcanlı düşüncələrlə əlaqəli təkrarlanan davranışlar baş verə bilər) meyl edir. Onun həddindən artıq nizam-intizam istəyi və zamanla sərtləşən duyğuları psixologiyasını bərpa olunmaz şəkildə pozmağa səbəb ola bilər.

Tərəzi bürcü

Həmişə fərqli əhval-ruhiyyə onları bipolyar əhval pozğunluğuna (Bipolyar pozuntudan əziyyət çəkən insanlarda emosional dəyişikliklər özünü çox güclü şəkildə büruzə verir və maniakal, yaxud depressiv vəziyyətlərə çatır), yəni manik depressiv pozğunluğa meylli etdirir. Emosional çaşqınlıq güclənsə həddən artıq qəzəblənə bilər.

Əqrəb bürcü 

Əqrəb bürcünün həddindən artıq qısqanclığı şizofreniya kimi qəbul edilə bilər, lakin bu bürcün ən bariz xüsusiyyəti aldatma qorxusudur. Buna görə də, əqrəbin psixoloji xəstəliyi "Otello sindromu" adlanır. Bu vəziyyətdə qısqanclıq vəziyyətini patoloji olaraq müəyyən etmək mümkündür. Partnyorunun ona xəyanət etdiyindən şübhələnir və bunu sübut etməyə çalışır. Bu da onların həyatlarını məhdudlaşdırır.

Oxatan bürcü

Bu bürcün nümayəndələri çox həssas olduqları üçün asanlıqla panik atak keçirə bilirlər. Daimi narahatlıq və qorxu hiss etməyə başlayan Oxatanlar zaman zaman özlərini xaosa sürükləyə bilirlər.Oğlaq bürcüBir çox şeyə sahib olmadıqları halda, var olduqlarını sübut etmək Oğlaq bürcünün megalomanik şəxsiyyətinə işarədir.

Dolça bürcü

Dolça daim planların ardınca getdiyi üçün diqqətini başqa bir şeyə cəmləyə bilmir. Buna görə də onlar hiperaktivlik və diqqət çatışmazlığı üçün potensial namizədlərdir. Hisslərini idarə etməkdə çətinlik çəkir.  O, hadisələrə və vəziyyətlərə qəfil reaksiya verərək, asanlıqla U dönüşü edə bilər.

Balıq bürcü

Balıqlar həddindən artıq emosional olduqları üçün ədalətsizliyə dözə bilmirlər və böyük depressiyaya meyllidirlər. Kədərlərini dərindən hiss edirlər. Bu hal yorğunluq, tənbəllik, həddindən artıq əsəbilik və motivasiya pozğunluğu şəklində özünü göstərir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR