Onlayn ictimai-siyasi qəzet
Son illər beynəlxalq ticarətə qoyulan məhdudiyyətlərin sayı dörd dəfə artıb ki, bu da qlobal iqtisadiyyata dağıdıcı təsir göstərir.
Musavat.com xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva Ər-Riyadda Dünya İqtisadi Forumunun xüsusi sessiyasında çıxışı zamanı deyib:
“Biz sənaye siyasəti üzrə məhdudiyyətləri təhlil etsək, son illərdə 2,5 min belə dağıdıcı, ticarətə mənfi təsir göstərən addımlar atıldığını görərik”.
Georgieva həmçinin hökumətlərin öz iqtisadiyyatlarını karbonsuzlaşdırmaq və enerji keçidini təmin etmək üçün tətbiq etdikləri ticarət məhdudiyyətlərinin doğruluğunu şübhə altına alıb: "Dekarbonizasiyanı sürətləndirmək istəyi ilə idarə olunan sənaye siyasəti var, bu, bugünkü tədbirlərin bəzi məntiqidir, lakin bunu ağıllı şəkildə edib-etmədiyiniz hələ məlum deyil".
BVF qlobal iqtisadi artımın onilliyin sonuna qədər 3 faizdən bir qədər yuxarıya yavaşlayacağını və pandemiyadan əvvəlki orta göstəricidən təxminən bir faiz bəndi aşağı olacağını təxmin edir. Georgiyeva ləngimənin əsas səbəbləri kimi qlobal iqtisadiyyatın parçalanması və məhsuldarlığın aşağı düşməsini göstərib. Onun sözlərinə görə, parçalanmanın aradan qaldırılması 2030-cu ilə qədər iqtisadi artımın 1,2 faiz bəndi daha yüksəlməsini təmin edə bilər”.
Musavat.com
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ