Onlayn ictimai-siyasi qəzet
“Ermənistanda sülh bəyanatları intensiv şəkildə müzakirə edilir. Əsas fikir bundan ibarətdir ki, Azərbaycanla əldə olunmuş razılaşdırılmış maddələrlə 17 bəndlik sənədə imza atılmasın. Bunu hakimiyyət orqanları gündəmə gətirir”.
Bunu Musavat.com-a açıqlamasında ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı deyib.
Ekspert qeyd edib ki, sülh müqaviləsi layihəsinin ictimailəşdirilməsi Ermənistanda hərarəti yüksəldə bilər:
“Maddələrin tam açıqlanması ilə etirazların səviyyəsi yüksələcək və Ermənistana bunu imzalamamaq üçün bəhanə lazım olacaq. O bəhanələrdən biri hərbi gərginliyin artırılmasıdır və bunu indi etməkdədir. Atəşkəsin davamlı pozulması nəticəsində Ermənistan imza masasına gəlməyəcək. Ermənistanın əlində başqa bəhanələr də var. Konstitusiya dəyişikliyi, Minsk qrupundan imtina, Zəngəzur dəhlizi, silahlanma məsələləri kimi Azərbaycanın “təzyiqləri”... bütün bunlar göstərir ki, Ermənistan sülhü imzalamaq istəmir”.
Elşad,
Musavat.com
17 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ