İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bunlar "Bayraktar" kimi İrəvanda partlaya bilər" - Xaçatryana qırmızı şar VERDİLƏR - VİDEO

Müxalifət deputatları Ermənistan prezidentinə “Bayraktar”ın simvolu kimi qırmızı şar veriblər.

Konkret.az xəbər verir ki, bu barədə “Ermənistan” blokunun deputatı Kristin Vardanyan “Facebook” səhifəsində özünün video paylaşıb. O, “Ermənistan” blokunun deputatı Aspram Krpeyanla birlikdə qırmızı şarı prezident Vaaqn Xaçatryana verib.

“Bu qırmızı şarlar Xankəndidə, Cermukda partlayan düşmən “Bayraktar”ı və digər hərbi texnikanın simvoludur. Dağıdıcı prosesi dayandırmasaq, bu şarlar İrəvanda partlaya bilər.

Məlum olub ki, Azadlıq meydanında hakim komandanın da iştirak etdiyi tədbir keçirilir. Təbii ki, ilk fikir “Bayraktarı”n bir nömrəli səfiri Nikol Paşinyana təhdid rəmzi olan qırmızı şarı vermək və istefasını tələb etmək idi.

Amma o, artıq kortej və yüzlərlə adamın müşayiəti olmadan gəzmir. Ona görə də mən bunu prezident postunu tutan Vaaqn Xaçatryana çatdırdım”, – Vardanyan qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR