İnsanlara hürriyət, millətlərə istiqlal!

Bundestaq milyonlarla miqranta toxunacaq qanun qəbul edib

Almaniya parlamenti Xristian Demokrat İttifaqı və Xristian Sosial İttifaqının miqrasiya siyasətini əhəmiyyətli dərəcədə sərtləşdirməyə yönəlmiş təşəbbüsünü dəstəkləyib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, yeni tədbirlərə sərt sərhəd nəzarəti və deportasiya prosedurlarının gücləndirilməsi daxildir.

Bundestaq Xristian Demokrat İttifaqı (CDU) və Xristian Sosial İttifaqının (CSU) müxalifət alyansının Almaniyada immiqrasiya qaydalarını ciddi şəkildə sərtləşdirən təklifini təsdiqləyib. “Tagesschau” nəşrinin xəbərinə görə, qanun layihəsini deputatların əksəriyyəti, o cümlədən ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının nümayəndələri dəstəkləyib. Hakim koalisiyanın partiyaları - Almaniya Sosial Demokrat Partiyası (SPD) və “Yaşıllar” isə layihyə qarşı çıxıblar.

Yeniliklərə əsasən, Almaniyanın quru sərhədlərində daimi pasport yoxlamaları tətbiq olunacaq və icazəsi olmayan şəxslərin ölkəyə girişi qadağan ediləcək. Qanun həmçinin deportasiyaya məruz qalan miqrantlar üzərində nəzarətin gücləndirilməsini, habelə onların arasında olan cinayətkarlara və “təhlükəli şəxslər” adlandırılan şəxslərə qarşı daha sərt tədbirlərin tətbiqini nəzərdə tutur.

Bu təşəbbüs alman cəmiyyətində qızğın müzakirələrə səbəb olub. SPD və “Yaşıllar” partiyasının nümayəndələri bildiriblər ki, yeni qanun qaçqınların hüquqlarını pozur və sığınacaq axtaranlar üçün əlavə maneələr yaradır. Bununla belə, qanun layihəsinin tərəfdarları bu tədbirlərin təhlükəsizliyi təmin etmək və miqrasiya axınına nəzarət etmək üçün zəruri olduğunu müdafiə edirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR