Onlayn ictimai-siyasi qəzet
Portuqaliya millisinin və “Əl-Nəsr” klubunun ulduzu Kriştiano Ronaldo məğlubiyyətlərə necə reaksiya verdiyindən danışıb.
“Mən uşaqlıqdan məğlubiyyətlərə qarşı həssas olmuşam. Uduzmaqdan zəhləm getdiyi üçün ağlayırdım. Qonşularım buna görə məni ağlağan adlandırır, ələ salırdılar. Meydanda həmişəki işini gördüyün halda uduzmaq xoş deyil. Mən ideal deyiləm. Uduzanda əsəbimdən ağlayırdım. Amma yavaş-yavaş buna öyrəşdim və daha yaxşı oldum”,-deyə Kriştiano Ronaldo müsahibəsində bildirib.
Qeyd edək ki, Ronaldonun “Əl-Nəsr” ilə müqaviləsi bu ilin yayına qədər nəzərdə tutulub./Qafqazinfo.az/
01 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ