İnsanlara hürriyət, millətlərə istiqlal!

Buna görə həkimi 27 min CƏRİMƏLƏDİLƏR - ŞOK SƏBƏB

İtaliyanın Bari şəhərində həkim pandemiya zamanı vaxtından artıq işlədiyinə görə 27 min avro cərimələnib.

Musavat.com xəbər verir ki, bu barədə “La Stampa” qəzeti məlumat yayıb. 

Jurnalistlərin sözlərinə görə, həkimin həmkarlarından bəziləri 10 min avro məbləğində cərimələnib.

Vito Prokaççi qəzetə bildirib ki, iki ilə yaxındır ailəsini görmür və onları yoluxdurmaqdan qorxaraq xəstəxanada yaşayır. Eyni zamanda onun şöbəsində 8 mindən çox COVID-19 xəstəsi bu bəladan xilas edilib.

Qeyd olunub ki, yoxlama müstəqil həmkarlar ittifaqı birliklərinin bəyanatlarından sonra təşkil olunub.

Mövcud vəziyyətin mətbuatda yayılmasından sonra həkimlərin müvafiq müraciəti İtaliya prezidenti Sercio Mattarellaya ünvanlanıb və cəzalar dayandırılıb.

Vəziyyətin absurdluğu ondan ibarətdir ki, ölkədəki tibb müəssisələri kadr çatışmazlığından şikayətlənirlər. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR