Onlayn ictimai-siyasi qəzet
Türk musiqisinin divası Bülent Ersoy vəsiyyətini açıqlayıb.
Bakupost.az xəbər verir ki, son zamanlar Zeki Mürenlə bağlı açıqlamaları ilə gündəm olan Bülent Ersoy bu dəfə vəsiyyəti ilə diqqət çəkib.
Sosial mediadan aktiv istifadə edən Ersoy Analar Günündə anasının məzarını paylaşaraq məktub yazıb.
Anasının məzarını təmiz və baxımlı saxlamaqdan danışan Ersoy meneceri Haluk Şentürkə nə istədiyini izah edib.
Ersoy, "Haluka dedim ki, qəbrim çox qəşəng və çox təmiz olmalıdır. Hər gün xlor və ağartıcı ilə yuyulub təmizlənsin. Çiçəklərim hər zaman təzə qoyulsun. Ən əsası, mənə dualar oxutdur. Ən gözəl səsi olan müəllimlərdən...”
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ