İnsanlara hürriyət, millətlərə istiqlal!

Büdcə gəlirləri BELƏ formalaşacaq

“Təqdim edilmiş layihədə 2024-cü il üçün dövlət büdcəsinin gəlirləri 2023-cü ilin dövlət büdcəsi gəlirlərindən 282.5 milyon manat çox olaraq 34 milyard 173 milyon manat nəzərdə tutulub. Dövlət büdcəsi gəlirlərinin 50.2 faizi qeyri-neft sektorunun, 49.8 faizi isə neft-qaz sektorunun hesabına formalaşacaq”.

Musavat.com xəbər verir ki, bunu parlamentdəki büdcə müzakirələrində İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

Komitə rəhbəri deyib ki, qeyri-neft qaz sektorunda büdcə daxilolamalarının 1 058.2 milyon manat artması, neft-qaz sektorundan büdcə daxilolmalarının isə 775.7 milyon manat azalması proqnozlaşdırılır:

“Son 5 il ərzində dövlət büdcəsinin qeyri-neft gəlirləri təqribən 6.3 milyard manat və ya 60% artıb. Neft-qaz sektoru üzrə dövlət büdcəsi gəlirlərinin azalmasının əsas səbəbləri növbəti ilə təbii qazın satış qiymətlərinin kəskin düşməsi, neft hasilatında gözlənilən azalma ilə izah edilir. Bu riskləri nəzərə alaraq ölkəmizdə alternativ enerji layihələrinin uğurla icra edilməsi istiqamətində mühüm işlər görülür və əminliklə demək olar ki, Azərbaycan regionun əsas yaşıl enerji ixracatçısına çevriləcək.

Qeyri-neft, qaz sektoru üzrə vergi və gömrük orqanlarının vastitəsilə təmin olunan gəlirlərin təqribən 1.1 milyard manat artıq planlaşdırılmasını məqbul hesab edirik, buna iqtisadiyyatda gedən keyfiyyət dəyişiklikləri, biznes mühitinin şəffaflaşması, dövlət-sahibkar arasında etimad mühitinin artması, həmçinin, inflyasiyanın və idxalın artmasının zəmin yaradacağını düşünürük. Ümumiyyətlə, son 5 ildə vergi və gömrük orqanlarının xətti ilə təmin olunan dövlət büdcəsinin qeyri-neft gəlirlərinin 6.3 milyard manat və ya 66% artması təqdirəlayiq haldır”.

T.Mirkişili bildirib ki, bu ilin büdcə gəlirlərinin 9 aylıq icra göstəriciləri və növbəti ilə optimist ssenarinin baş vermə ehtimalının yüksək olması 2024-cü ilin büdcə gəlirlərinin planlaşdırıldığından daha çox olacağını deməyə əsas verir:

“Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlərdən gələn gəlirlərin 2023-cü ilə nisbətən 237 milyon manat çox planlaşdırılmasını təqdirəlayiq hal hesab etməklə yanaşı, bu müəssisələrdə dividend bölgüsünün qaydalarının işlənib hazırlanmasını vacib hesab edirik. Eyni zamanda, bu müəssisələrdə səmərəliliyin və xərclərə nəzarətin artırılması üçün mühasibatlıq uçotunun tam elektronlaşmasını və müvafiq məlumatlara nəzarət orqanları ilə bölüşülməsini vacib hesab edirik. Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin həcminin 2023-cü ilə nisbətən 1043.3 milyon manat artırılmasını neft-qaz sektorundan daxilolmaların azaldılması ilə izah edilməsini məqbul sayırıq. Eyni zamanda, hesab edirik ki, dövlət büdcəsinin icrası zamanı mümkün potensialların reallaşması bu məbləğın az icrasına səbəb ola bilər. 2024-cü il dövlət büdcəsi xərclərinin 2023-ci ilə nisbətən 138.2 milyon manat artılıraq 36 milyard 763 milyon manata çatdırılmasını yuxarıda sadaladığım çağırışlara cavab vermək baxımından məqbul hesab edirik”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR