İnsanlara hürriyət, millətlərə istiqlal!

Buça şəhərinin meri: "Sakinlərin 80 faizdən çoxu evlərinə qayıdıb"

Artıq Buça şəhərinin sakinlərinin 80 faizdən çoxu evlərinə qayıdıb. Bu, bizi sevindirir.

Bunu AZƏRTAC-a açıqlamasında Buça şəhərinin meri Anatoli Federuk deyib. Onun sözlərinə görə, artıq Ukraynanın cənub və şərq hissəsindən 8000-dən çox məcburi köçkün Buça şəhərində məskunlaşıb. Onlar lazım olan hər şeylə təmin edilir.

“Buça şəhəri real maliyyə imkanlarına uyğun olaraq yenidən qurulur, biz mühüm infrastrukturu, mənzil-kommunal təsərrüfatını bərpa edirik. Bu proses hələ bir müddət davam edəcək”, - deyə mer əlavə edib.

A.Federuk bildirib ki, Buçanın mərkəzi hissəsində rus işğalçıları tərəfindən qətlə yetirilmiş, işgəncələrə məruz qalmış şəhər sakinlərinin xatirəsinə abidə kompleksinin tikilməsi planlaşdırılır. Bu, həm də Buçanı işğaldan azad edən Ukrayna Silahlı Qüvvələri üçün memorial kompleksi olacaq.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR