İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu xərclərin artırılması nəzərdə tutulub - Deputatdan VACİB AÇIQLAMA

Deputat Vüqar Rəhimzadə Milli Məclisdəki büdcə müzakirələri zamanı çıxış edib.

Musavat.com-un xəbərinə görə, deputat bildirib ki, artıq birinci oxunuşda qəbul olunan 2025-ci ilin dövlət büdcəsinin müzakirələri ölkəmizin sosial-iqtisadi uğurlarının təqdimatında əhəmiyyətli rol oynayır:

vuqar.jpg (90 KB)

“İqtisadiyyatımızın güzgüsü olan dövlət büdcəsinin sosial yönümlülüyü ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasətin əsas hədəflərinin reallaşmasını aydın ifadə edir. Təqdirəlayiq haldır ki, möhkəm təməl üzərində yeni hədəflərə doğru inamla addımlayan Azərbaycan iqtisadi islahatların dərinləşdirilməsi, sosial layihələrin uğurlu icrası, bir sözlə, təkmil iqtisadi inkişaf modeliilə dünyanın diqqətindədir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” çağırışı bütün dövrlərdəhəyata keçirilən siyasətin əsasında dayanıb və bu gün də dayanmaqdadır. Ölkədə həyata keçirilən düşünülmüş iqtisadisi yasət nəticəsində beynəlxalq maliyyə qurumları ilə səmərəliəlaqələr quruldu, inkişaf üçün vacib olan neft strategiyası gerçəkləşdirildi, davamlı iqtisadi artımın əsası qoyuldu, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı. Bütün bunlar gələcək iqtisadi uğurların möhkəm təməllərini formalaşdırmış oldu. 2003-cü ildə iqtisadi artımınqeyri-neft sektorunun hesabına olmasına çağırış edən dövlətimizin başçısı cənab İlham Əliyev bildirdi ki, sosial-iqtisadi göstəricilər yalnız rəqəmlərdə deyil, insanların gündəlikhəyatında öz əksini tapmalıdır. Bu hədəf iqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlanmasına yönəldi. Atılan uğurlu addımların nəticəsidir ki, bu gün Azərbaycan özünü dünyaya sosial dövlət kimi təqdim edir. Vətəndaş məmnunluğunun artırılması, insanların yüksək rifah şəraitində yaşaması əsas prioritetlərdəndir”.

V.Rəhimzadənin sözlərinə görə, baxmayaraq ki, tarixi Zəfərə, suverenliyimizin tam bərpasına nail olmuşuq, hərbi qüdrətimizin daha da möhkəmləndirilməsi qarşıya mühüm vəzifə kimi qoyulur:

“Digər mühüm hədəf isə azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri, soydaşlarımızın bu torpaqlara mərhələ-mərhələqayıdışıdır. 2025-ci ilin dövlət büdcəsi layihəsində bu məqsədlər üçün xərclərin artırılması nəzərdə tutulub. Ümumilikdə gələn ilin dövlət büdcəsi layihəsi yenə də sosialyönümlülüyü ilə diqqətdədir. Büdcənin əsas xərc istiqamətlərindən biri əhalinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı olacaq. Gələn ilin büdcəsində sosialyönümlü xərclərin 8,8 faiz artırılaraq 16,9 milyard manata çatması və dövlət büdcəsi xərclərinin 41 faizini təşkil etməsi sosial siyasətin prioritetliyini ifadə edir. Növbəti ildə minimum əməkhaqqının və minimum pensiyanın artırılması, sosial müavinətlər və təqaüdlər istiqamətindəaddımların atılması, pensiyaların indeksləşdirilməsi planlaşdırılır. Hər bir sahənin inkişafı qarşıdakı ilin dövlət büdcəsilayihəsində nəzərdə tutulur. Bu baxımdan 2025-ci ilin dövlət büdcəsi layihəsi Azərbaycanın dayanıqlı inkişafının təqdimatıdır”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR