İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bu uşaqlar ailəyə, dövlətə cəmiyyətə, ağır yükdür"- Pediatrdan ÇAĞIRIŞ  

 

"Birinci dərəcəli qan qohumlarından (əmiuşağı, xalauşağı və s.) doğulacaq uşaqlarda irsi-genetik xəstəliklərin olma ehtimalı yüksəkdir. İrsi metabolik pozğunluqlar, ağır ürək qüsurları, talassemiya, əqli və fiziki məhdudiyyətlər və sairə bu kimi xəstəliklərə  tez-tez rast gəlinir. Ətrafımızda belə uşaqlar varsa, qohum evliliyi ilə maraqlanmaq kifayətdir".

Musavat.com xəbər verir ki, bunu tanınmış pediatr Vaqif Qarayev bildirib.

 O, bunları əlavə edib: "Təşviş yaratmaq istəmirəm. Təbabət qadağa qoymur, amma ciddi fəsadların olacağı barədə proqnoz verir. Ona görə məsuliyyət qalır valideynlərin boynunda. Bəzən deyirlər ki, arada sevgi-məhəbbət filan olur. Onların bu hüququnu pozmaq olmaz. Razılaşa bilərik. Amma ağır əqli və fiziki problemlərlə doğulacaq uşağın da normal yaşamaq hüququ var. Bu uşaqlar ailəyə, dövlətə, cəmiyyətə, səhiyyə strukturlarına ağır yükdür.  Hələ valideynlərin çəkdiyi mənəvi-psixoloji iztirabdan danışmıram".

Həkim qeyd edib ki, qohumla evlənmək istəyənlər əvvəlcədən genetik müayinədən keçsələr yaxşıdır: "Heç evlənməsələr daha yaxşıdır.  Düzünü desəm, qanunun qəbul ediləcəyinə inanmıram. Çünki düşüncəmiz dəyişməsə heç bir inzibati qadağa bunun qarşısını ala bilməz. Bu adət əsrlərdir xalqımızın düşüncəsində pərçimlənib" 

 

Afaq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR