İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu təhsil şöbəsinin müdiri vəzifədən azad edildi

Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə Şəmkir rayon təhsil sektorunun müdiri Qüdrət Əliyev vəzifəsindən azad edilib.

Musavat.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, ilkin məlumata görə, Q. Əliyev onunla bağlanan əmək müqaviləsinin müddəti bitdiyi üçün işdən uzaqlaşdırılıb.

Məlumat üçün bildirək ki, Q. Əliyev Şəmkir rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədovun dönəmində birinci müavin vəzifəsində çalışıb.

Alimpaşa Məmmədovun həbsi zamanı Qüdrət Əliyev də dindirilib.

Daha sonra isə Q. Əliyev Şəmkir rayon Təhsil şöbəsinə rəhbərlik edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR