İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu tarixdə DİQQƏTLİ OLUN - Maqnit qasırğası Yeri VURACAQ

Yaxın günlərdə növbəti maqnit qasırğası gözlənilir.

Musavat.com bu barədə NOAA-ya (ABŞ Milli Okean və Atmosfer Administrasiyası) istinadən xəbər verir.

Proqnoza əsasən, 30 aprel tarixlərində maqnit qasırğası olacaq.

Maqnit qasırğasının zəif (Kp=4) olacağı bildirilir.

Belə günlərdə meteohəssas insanlarda baş ağrısı, təzyiqin dəyişməsi, yorğunluq və yuxusuzluq kimi simptomlar müşahidə oluna bilər. Bu səbəbdən su qəbulunu artırmaq, istirahətə daha çox vaxt ayırmaq və stressdən uzaq durmaq tövsiyə olunur.

Əlavə olaraq, maqnit qasırğaları zamanı elektrik şəbəkələrində və peyk rabitəsində nasazlıqlar baş verə bilər. Bu sahələrdə çalışan mütəxəssislər ehtiyat tədbirləri görməlidirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR