İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu şəxslər sosial yardım ala bilər - AÇIQLANDI

Son illər ünvanlı sosial yardımın verilməsi ilə bağlı müraciətlər xeyli artıb. Lakin vətəndaşların bir çoxu müraciətlərinin əksər hallarda imtina ilə nəticələnməsindən gileylənirlər.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, vətəndaşların ünvanlı sosial yardım alması yalnız bu hallarda mümkündür:

“Ünvanlı dövlət sosial yardım "Ünvanlı sövlət sosial yardımı haqqında" qanuna əsasən verilir. Bu aztəminatlı ailələrə dövlətin göstərdiyi pul yardımıdır. Həmin vəsait ailələrə ehtiyac meyarı ödənmədikdə təyin olunur.

Qanuna əsasən, əsas ehtiyac meyarı həddidir. Yəni ailənin 12 ay ərzində ümumi gəliri adambaşına bölündükdə 350 manatdan aşağıdırsa, yerdə qalan hissəni dövlət ödəməlidir. Sosial yardımın verilməsi üçün mütləq şəkildə tələb olunur ki, vətəndaşın əmək fəaliyyəti olsun və ya fərdi qaydada sahibkar olaraq fəaliyyət göstərsin.

Bundan başqa, vətəndaş 1-ci qrup əlil olduqda və ailənin ehtiyacları ödənmədikdə, öhdəliyində 18 yaşına qədər əlilliyi təsdiqlənmiş övladı olduqda da sosial yardım təyin oluna bilir.

8 yaşına çatmamış uşağa qulluq etdikdə, ailənin əmək qabiliyyətli üzvü 23 yaşına qədər əyani şəkildə ali təhsil aldıqda, ailə üzvü məhkəmə qərarı ilə itkin düşmüş və ya ölmüş hesab olunduqda, şəxs öz gəlirləri barədə məlumatlar təqdim etməklə, ünvanlı sosial yardıma müraciət edə bilər”.

Ramil Süleymanov ünvanlı sosial yardımın alınması qaydaları və müraciət formasını da izah edib:

“Bununla bağlı, şəxs birinci növbədə yaşadığı ərazi üzrə icra hakimiyyəti orqanından və ya ASAN Xidmət mərkəzlərindən ailə tərkibi haqqında arayış götürür və həmin arayış notarial orqanda təsdiq edildikdən sonra Dövlət Sosial Müdafiə Fondunun nəzarətində olan sistem üzərindən lazım olan məlumat və sənədləri daxil etməlidir. Bu istiqamətdə yoxlamalar həyata keçirilir, məlumatlar dəqiqləşdirilir və şəxsin təqdim etdiyi məlumatlar təsdiqini tapdıqda ona 2 ay ərzində ünvanlı sosial yardımın ödənilməsi üçün müvafiq kart təqdim olunur. Həmin kart əsasında, vətəndaş ona təyin olunan vaxtdan 1 il ərzində dövlət tərəfindən təyin olunan məbləği almağa başlayır.

"Ünvanlı dövlət sosial yardımı haqqında" qanunun 10.2-ci maddəsinə əsasən, şəxsin tədim etdiyi məlumatlar real vəziyyəti əks etdirmədikdə və ya sosial yardım aldığı zaman sonradan aşkar olunmuş məlumatlar şəxsin real vəziyyətini ifadə etmədikdə bu yardımın verilməsi dayandırılır. Son zamanlar ünvanlı sosial yardımın verilməsi bəzən əsassız olaraq imtina edilir. Vətəndaşlar bilməlidir ki, bu imtinanı rəsmi qaydada aldıqdan sonra 1 ay ərzində yaşadığı yer üzrə məhkəmə orqanında bunun mübahisələndirilməsini həyata keçirə bilər”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR