Onlayn ictimai-siyasi qəzet
Beynəlxalq Cinayət Məhkəməsi (BCM) İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın həbsinə dair order verib.
Musavat.com xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.
Orderin verilməsinin səbəbi Qəzzadakı hərbi cinayətlərdir.
BCM-in açıqlamasına görə, hər iki şəxs Qəzzadakı mülki əhalini həyati vacib resurslardan – ərzaq, su, dərman və tibbi avadanlıqlar, eləcə də yanacaq və elektrik enerjisindən məhrum edib.
Beynəlxalq Cinayət Məhkəməsi həmçinin HƏMAS-ın hərbi qanadının komandiri Məhəmməd Əd-Deyfin həbsinə order verib.
İqbal,
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ