Onlayn ictimai-siyasi qəzet
Üzməyin sağlamlıq üçün bir çox faydası olsa da, yüksək təzyiqdən əziyyət çəkənlər üçün zərərli ola bilər.
Bu barədə Dr. Yavuz Örnek xəbərdarlıq edib.
O, bunun həddən artıq duzlu qidalar yeməklə oxşar effekti olduğunu söyləyib:
“Tərkibində çox miqdarda xörək duzu olan qidalar qanın damarlarda daha yüksək təzyiqlə axmasına və ürəyin daha sürətli döyünməsinə səbəb olur. Təkcə duz deyil, bütün natrium birləşmələri qan təzyiqinin az və ya çox dərəcədə artmasına səbəb olur. Duzlu suda uzun müddət qaldıqda suda həll olunan duz diffuziya yolu ilə orqanizmə keçir. Orqanizmdə duzun miqdarı artır ki, bu da duza bağlı hipertoniya xəstələrinin təzyiqini artırır. Nəticədə həmin xəstələr infarkt belə keçirə bilərlər”.
O, suda qalma müddəti artdıqca riskin də artdığını qeyd edib:
“Bəzi insanlar duzla bağlı hipertoniyaya sahib olduqlarını bilmirlər. Halbuki, qan təzyiqi ölçüldükdən sonra duzlu suya girməlidirlər. Bundan əlavə, dənizdə qısa müddətə də olsa üzən xəstələr sudan çıxan kimi təmiz su ilə yuyunmalıdırlar. Onların yanlarında daim təzyiq həblərinin olması çox vacibdir”.
Həkim təzyiqdən əziyyət çəkənlərin çayda üzməsini tövsiyə edib:
“Duzsuz suda uzun müddət üzəndə orqanizmindəki duz bu dəfə suya keçir".
Yavuz Örnek isti hava və rütubətin dənizdəki duzlu su ilə birləşdiyi zaman təzyiq xəstələrinə daha çox təsir etdiyini xatırladıb.
“Yüksək təzyiqi olan xəstələrə duzlu suya girməzdən əvvəl bir və ya ən azı yarım limonun şirəsini suya sıxıb içmələrini şiddətlə tövsiyə edirik”, - deyə həkim vurğulayıb.//Medicina.az
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ