İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu şəhərə giriş ödənişli olacaq

İtaliyanın Venesiya şəhərinin bələdiyyəsi turistlərin maksimum çoxluq təşkil etdiyi dövrlərdə şəhərə girişin ödənişli olmasına qərar verib. Bu qərara səbəb şəhərin kütləvi turizmin mənfi nəticələri ilə üzləşməsidir.

İlin 30 gününü əhatə edəcək qərarın sınaq məqsədilə tətbiqinə 2024-cü ilin yazında başlanılacaq və ətraflı vaxt qrafiki tezliklə elan ediləcək.

Ziyarətçilərdən ödəniş tələb ediləcək tarixlər ehtimal ki, yaz mövsümü, həmçinin iyun və iyul aylarında həftəsonları olacaq.

Bu günlər Venesiyanı ziyarət edənlər baxımından ilin ən gərgin zamanı hesab olunur. Venesiyaya səfər etmək istəyən şəxs beş avro ödəyəcək və səfərdən əvvəl onlayn rezervasiya edəcək.

Giriş haqqını ödəyən hər bir turistə QR kod veriləcək. Qanunu pozan 300 avroya qədər cərimələnə bilər.

Giriş haqqı 14 yaşından kiçik ziyarətçilərə, tələbələrə, yerli sakinlərə, onların ailə üzvlərinə və ya gecələyən turistlərə şamil edilməyəcək.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO) onilliklərdir ki, həddindən artıq turizmin İtaliya şəhərinə mənfi təsirlərindən narahatdır. BMT qurumu həddən artıq ziyarətçi və iqlim dəyişikliyinin geri dönüşü olmayan zərərlərə gətirib çıxara biləcəyindən ehtiyat edir.

YUNESKO, həmçinin bu səbəbdən Venesiyanın "Təhlükədə olan Ümumdünya İrs Siyahısı"na daxil olunmasını tövsiyə edib./BAKU.WS

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR