Onlayn ictimai-siyasi qəzet
2023-cü ildə Rusiya 234,3 milyon ton xam neft ixrac edib.
Musavat.com xəbər verir ki, bu barədə ölkənin Baş nazir müavini Aleksandr Novak Federasiya Şurasında məlumat açıqlayıb.
Onun sözlərinə görə, bu göstərici bir il əvvəlkindən 3,3 faiz azdır.
Ötən il neft və qaz kondensatı hasilatı 530,6 milyon ton təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 0,9 faiz azdır.
Daha əvvəl Energetika Nazirliyinin açıqlamasında 2023-cü ildə Asiya-Sakit Okean regionu (APR) ölkələrinə 193 milyon ton neft tədarük edildiyi, beləliklə, APR Rusiyanın neft ixracının 82 faizini təşkil etdiyi bildirilmişdi.
Novakın sözlərinə görə, 2021-ci ildə ixrac edilən 230 milyon ton neftin 60 faizi Qərbə, 40 faizi isə Şərqə çatdırılıb: “2023-cü ildə bu, Qərb istiqamətində 15 faiz, Şərq istiqamətində 85 faiz olub. Prinsipcə, bu sahədə vəziyyət sabitləşib. Qərb istiqamətinə ixracı indiki geosiyası şərtlər daxilində bundan çox artırmaq mümkün deyil”.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ