İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu qidaları birlikdə yemək təhlükəlidir - Həkimdən XƏBƏRDARLIQ

Yemək seçərkən təkcə dadı nəzərə almamalıyıq. Həm də, qəbul etdiyimiz qidalar sağlamlığımıza birbaşa təsir edir. Xüsusilə bəzi qidalar birlikdə istehlak edildikdə, gözlənilməz təhlükələrə səbəb ola bilər.

Türkiyənin tanınmış dietoloq, uzman həkim Can Gülşen mövzu ilə bağlı əhəmiyyətli məlumatlar verib.

Südün özü kimi yüksək amin turşuları olan digər qidalarla birlikdə istehlak edilməməlidir. Məsələn; südlə birlikdə toyuq, balıq, pendir, yumurta və qatıq istehlak edildikdə, artıq protein qəbulu qaraciyərə pis təsir edir. BU qidaların südlə birlikdə qəbulu orqanizmdə zəhərli təsirlərə səbəb olur.

Balıqla qatıq qəbul etməyin zəhərli olması çox yanlış bir anlayışdır. Balıq bayatdırsa, bayat olduğu üçün bədəndə bəzi problemlər yarada bilər. Amma bunun qatıqla heç bir əlaqəsi yoxdur. Lakin sirkə və konservlər heç vaxt qatıqla birlikdə istehlak edilməməlidir. Turp və qaymağın da qatıqla birlikdə istehlak edilməsi tövsiyə olunurmur. Çünki onlar yüksək turşu ifra edir və orqanizm üçün təhlükəlidir.

İnsanlar üçün təbii antibiotik sayılan soğan demək olar ki, bütün yeməklərlə birlikdə yeyilə bilər. Lakin sarımsaqla soğanı birlikdə yemək mədə və bağırsağın turşuluğunu artırır. Bu da mədə üçün böyük təhlükədir.

Qırmızı ətin yüksək amin turşusu və hem dəmir tərkibi var. Sarımsaq və sirkə ətin tərkibindəki vacib elementləri azaldır. Ona görə də onların birlikdə istehlak edilməsi məqsədəuyğun hesab edilmir.

Eyni zamanda, əti süd məhsulları ilə birlikdə qəbul etmək uyğun hesab edilmir. Amma limonda olan askorbin turşusu dəmirin həll olunmasını artırdığı üçün onu rahatlıqla ətlə yemək olar.

Meyvələrdə fruktoza adlı meyvə şəkəri var. Bu digər şirin qidalarla birləşdikdə şəkər spirtinə çevrilir. Ona görə də, meyvələri şəkərlə və ya bal, mürəbbə, şokolad kimi şəkərli məhsulları istehlak etmək olmaz. Bu diabet və insulin xəstələri üçün daha çox təhlükəlidir.//BAKU.WS

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR