İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu qadınlar Sankt-Peterburqda ictimai nəqliyyatdan pulsuz istifadə edə biləcəklər

Rusiyada Ukrayna müharibəsində iştirak edən hərbçilərin həyat yoldaşları Sankt-Peterburqda ictimai nəqliyyatdan pulsuz istifadə edə biləcəklər.

BAKU.WS xəbər verir ki, bu barədə şəhər qubernatoru yeni fərman imzalayıb.

"Biz müharibə iştirakçılarının xanımlarını pulsuz nəqliyyatla təmin etmək qərarına gəlmişik. Bu gün onların həyat yoldaşları ən çətin durumdadır. Komandirlər və əsgərlər əmin olmalıdırlar ki, onların ailələrinə qayğı göstərilir", - deyə müraciətdə qeyd ounub.

Bu hüquq, həmçinin xüsusi hərbi əməliyyat iştirakçılarının dul xanımlarına yenidən ailə qurana qədər şamil edilir.

Güzəşt tramvay, avtobus, trolleybus və metroda keçərlidir. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR