İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu prezidentlər Putinin andiçmə mərasiminə QATILMAYACAQ – Rusiya prezidentini nə GÖZLƏYİR? – Kamran Həsənli DANIŞIR

Çexiya və Estoniya nümayəndələrinin mayın 7-də işğalçı Rusiya Federasiyasının prezidenti Vladimir Putinin qondarma inauqurasiya mərasimində iştirak etməyəcəklərini təsdiqləyiblər.

Rusiya diktatorunun andiçmə mərasimdə Çexiya nümayəndəsinin iştirak etməyəcəyini ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri Yan Lipavski “Nova” telekanalının efirində bildirib.

Onun sözlərinə görə, Çexiyanın Rusiya ilə hazırkı münasibətləri Çexiya nümayəndəsinin andiçmə mərasimində iştirakı üçün “uyğun deyil”.

Estoniyanın xarici işlər naziri Margus Tsahkna da yerli mediaya, xüsusən də "ERR" nəşrinə verdiyi şərhdə Putinin mayın 7-dəki tamaşasında Estoniya nümayəndəsinin iştirak etməyəcəyini təsdiqləyib.

"Estoniya təcavüzkar dövlətlə diplomatik münasibətləri qanuniləşdirə bilməz və biz Putinin andiçmə mərasimində iştirak etməmək qərarına gəldik", - Tsahkna belə deyib. O qeyd edib ki, ölkə Ukraynada aqressiv müharibə aparan, Avropa Bilriyi və NATO üzvlərinə hibrid hücumlar həyata keçirən Putinin hakimiyyətini əbədiləşdirən mərasimlərdə iştirak etməyi “ağılsız” hesab edir.

O, Putin rejimini pisləyib və qeyd edib ki, martda Rusiyada keçirilən seçkilər “nə demokratik, nə açıq, nə də ədalətli” olub, ona görə də andiçmə mərasimi “sadəcə Putinin səhnələşdirdiyi tamaşadır”.

Latviyanın xarici işlər naziri Bayba Braje də "X"-də yazıb ki, ölkə nümayəndəsi Rusiya Federasiyasındakı mərasimdə olmayacaq. “Latviya səfirliyinin nümayəndələri bizim müdafiə etdiyimiz hər şeyə hücum edən təcavüzkar dövlətin başçısının andiçmə mərasiminə gəlməyəcəklər”, - o bildirib. Braje xatırladıb ki, Putin hərbi cinayətlərə görə Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən mühakimə olunur.


“Litva mayın 7-də Putinin inauqurasiyasının saxta teatrında iştirak etməyəcək” –Litvanın xarici işlər naziri Qabrielyus Landsbergis "X"-də belə yazıb.


Avropada "Free Europe" (Azad Avropa) radiosunun redaktoru Rikard Jozviak "X "sosial şəbəkəsində Böyük Britaniya və Kanadanın da andiçmə mərasiminə məhəl qoymamaq niyyətlərini açıqladığını bildirib. Hələlik bu ölkələrdən heç bir rəsmi açıqlama verilməyib.

Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Kamran Həsənlinin təqdimatındakı Kamranla 1 verilişində müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR