Onlayn ictimai-siyasi qəzet
Baham adalarının hakimiyyəti müvəqqəti olaraq İlon Maskın "SpaceX" şirkətinə məxsus "Falcon 9" raketlərinin adalarda enişinə qadağa qoyub.
Musavat.com xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində hökumətin kommunikasiya direktoru Lattre Raming məlumat verib.
"Bu gün Baham adalarının hökuməti Ətraf Mühitin Planlaşdırılması və Mühafizəsi Departamenti vasitəsilə "SpaceX" şirkətinin "Falcon 9" raketlərinin Bahamlarda enişinin tam araşdırma başa çatanadək dayandırıldığını elan etdi" , – deyə Raming bildirib.
Qərarın əsas səbəbi raket buraxılışlarının ətraf mühitə təsirlərinin araşdırılmasıdır.
Qeyd edək ki, mart ayında növbəti uğursuz "Starship" buraxılışı baş verib. Bu qəza ABŞ səmasında 240-dan çox reysin gecikməsinə səbəb olub.
Musavat.com
16 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ