Onlayn ictimai-siyasi qəzet
Kuba hökuməti Olqin əyalətində baş verən sursat anbarı partlayışı zamanı həlak olan hərbçilərə görə 20 yanvar tarixini matəm günü elan edib.
Musavat.com xəbər verir ki, bu barədə ölkə Prezidenti Migel Dias-Kanel Bermudes sosial şəbəkə hesabında məlumat yayıb.
“Olqin hərbi dairəsindəki sursat anbarında baş vermiş faciə nəticəsində həyatını itirən igid hərbçilərin xatirəsini yad etmək məqsədilə 20 yanvar tarixi səhər saat 6-dan gecə yarısına qədər matəm günü kimi qeyd olunacaq”, - deyə dövlət başçısı vurğulayıb.
Qeyd edək ki, yanvarın 7-də sursat anbarında baş verən partlayış nəticəsində 13 hərbçi həyatını itirib.
20 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ