İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkədə KOMENDANT SAATI tətbiq edildi - Ağcaqanadlara görə

ABŞ-ın Vermont və Massaçusets ştatlarında ağcaqanadlara görə komendant saatı tətbiq edilib. Hər iki ştatın səlahiyyətliləri ağcaqanadların daşıdığı nadir virusun yayılması səbəbindən sakinləri axşamlar evlərini tərk etməməyə çağırıb.

Musavat.com Daily Mail qəzetinə istinadən xəbər verir ki, bu ştatlarda şərq at ensefalitinə yoluxma halları qeydə alınıb. Bu viral xəstəlik insanlarda beynin şişməsinə səbəb olur ki, bu da bəzi hallarda ölümlə nəticələnir.

Vermont Səhiyyə Departamenti insanlara ağcaqanadların ən aktiv olduğu saat 18:00-dan səhər 6:00-a qədər çölə çıxmamağı tövsiyə edib. Əvvəllər belə komendant saatı Massaçusetsin bəzi rayonlarında da tətbiq edilib.
Bundan əlavə, bu ştatlarda kütləvi tədbirlər ləğv edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR