İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkədə GÜCLÜ ZƏLZƏLƏ - Ölənlərin sayı 2000-i ötdü

Əfqanıstanın qərbində baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 2000-i ötüb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı “Taliban” hökumətinin Təbii Fəlakətlə Mübarizə Nazirliyi yayıb.

Bildirilib ki, fəlakət nəticəsində 9000-dən çox insan yaralanıb.

***

Əfqanıstanda baş verən güclü zəlzələdə ölənlərin sayı 1000 nəfəri keçib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı AFP yayıb.

Qızıl Aypara Cəmiyyəti isə ölənlərin sayının 500 nəfər olduğunu açıqlayıb.

***

18:40/07.10.2023

Bu gün səhər saatlarında Əfqanıstanın qərbində zəlzələ baş verib.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Herat əyalətində 6,3 bal gücündə olan zəlzələ nəticəsində 14 nəfər ölüb, 78 nəfər yaralanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR