İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkədə ev almaq istəyənlərə 55 min ödəniləcək

Almaniyada Hessen əyaləti gənc cütlükləri ev sahibi olmağa təşviq etmək üçün "ilk ev alanlara" mənzil müavinəti verəcək. İki uşağı olan evli cütlük, evin ortaq sahibi olduqları təqdirdə 20 min avro, 18 yaşından kiçik hər uşaq üçün isə 5 min avro olmaqla, ümumilikdə 30 min avro (təxminən 55 min manat) alacaq.

Musavat.com publika.az-a istinadən xəbər verir ki, Almaniyada təxminən 350 min türkün yaşadığı Hessen əyaləti, aztəminatlı ailələrə dəstək olmaq və mənzil böhranında yaranan sıxlığı aradan qaldırmaq üçün belə bir addım atıb. Qərar 2024-cü il martın 1-dən qüvvəyə minib. Yəni martın 1-də ev alanlar da bu hüquqdan yararlanacaqlar.

Ştat hökuməti həmçinin Federal Hökuməti ev alacaq gənc ailələri alqı-satqı vergisindən azad etməyə çağırıb. Yardım üçün vətəndaşlıq tələbi olmayacaq. İlkin şərt, şəxsin və ya ailənin Hessen əyalətinin sərhədləri daxilində yaşaması və evin Hessen əyalətində olmasıdır. Hessendə yaşamayan biri buradan ev alsa, vəziyyətin necə olacağı hələlik bəlli deyil. Ödəniş mənzil və ya lüks villa alanlar üçün də keçərli olacaq. Yardım alan cütlüklərin qanuni nikahda olması şərt deyil. Birlikdə yaşayanlar da bu hüquqdan yararlana biləcəklər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR