Onlayn ictimai-siyasi qəzet
Latviya hökuməti gələn həftə ölkə məktəblərində rus dilinin ikinci xarici dil kimi öyrənilməsindən tədricən imtina ilə bağlı qərar qəbul etməyə hazırlaşır.
Musavat.com xəbər verir ki, bu barədə "Apollo.lv" məlumat yayıb.
Qeyd olunub ki, bu gün Latviya məktəbləri ingilis dilini ilk xarici dil kimi tədris edir. Uşaqlar ibtidai məktəbi bitirdikdən sonra ikinci xarici dil öyrənməyə başlayırlar. Nəzəri cəhətdən uşaqlar ikinci xarici dil kimi fransız, alman və digər dilləri öyrənə bilərlər, lakin praktikada ən çox rus dili öyrədilir, çünki məktəblərdə başqa dillər üzrə müəllimlər çatışmır.
Musavat.com
24 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ