Onlayn ictimai-siyasi qəzet
"Bu gün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə "Cinema Talks" (“Kino müzakirələri”) adlı panel müzakirəsi keçirilir. Bu müzakirələr yeni problemləri və məsələləri ortaya çıxarır".
Bu sözləri Musavat.com-a açıqlamasında Prodüserlər Gildiyasının direktoru Müşfiq Hətəmov Heydər Əliyev Mərkəzində kino sənayesi nümayəndələrinin iştirakı ilə keçirilən "Cinema Talks" (“Kino müzakirələri”) adlı panel müzakirəsi zamanı deyib.
"Mənim təklifim Mədəniyyət Nazirliyi, Kino Agentliyi, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında və özəl şirkətlər arasında peşəkar tənzimləmənin aparılmasıdır. Əsasən normativlərin peşəkarlar tərəfindən hazırlanmasıdır. Hər bir sahədə addımlar atılır və işlər görülür, amma sistemsizlik öz problemini göstərir".
Könül
Musavat.com
10 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ