Onlayn ictimai-siyasi qəzet
Qida təhlükəsizliyi ilə bağlı narahatlıq doğuran hadisə qeydə alınıb.
Hollandiyanın tanınmış "Hero" brendinə məxsus bəzi alma şirələrində kofein aşkarlandığına görə, məhsulun satışdan yığışdırılmasına qərar verilib.
Təhlükəsizlik orqanlarının yaydığı açıqlamada bildirilib ki, tərkibində kofein olan alma şirələri xüsusilə uşaqlar, hamilə qadınlar və həssas şəxslər üçün sağlamlıq riski yarada bilər. Mütəxəssislər bu məhsulların içilməməsi və geri qaytarılması barədə istehlakçılara xəbərdarlıq edib.
Rəsmi qurumlar qeyd olunan partiyaya daxil olan məhsulların istifadə edilmədən dərhal satış məntəqələrinə qaytarılmasını və ya utilizasiya edilməsini tövsiyə edirlər.
Xüsusilə uşaqların bu məhsula çıxışına nəzarət olunması tövsiyə edilir./Milli.Az
23 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ