Onlayn ictimai-siyasi qəzet
"Zielinski & Rozen", "Guerlain", "Bvlgari" və daha 10 dünya brendi parfüm məhsulları kişi və qadın sağlamlığı üçün təhlükəli hesab edilib. Bunun səbəbi isə DNT-nizi məhv edən bir qatqıdır.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, söhbət ftalatlardan gedir — bunlar piylənmə, sonsuzluq və ürək problemlərinə səbəb olan efir maddələridir, çünki DNT-ni zədələyir. Bununla belə, ftalatlar dırnaqların qırılmamasına, saçların formasını saxlamasına və qoxunun daha qalıcı olmasına kömək edir. Buna baxmayaraq, istehsalçılardan heç biri məhsullarında bu maddələrin olduğunu bildirməyib, halbuki bildirməli idilər.
Mütəxəssislər bildirir ki, pozuntu aşkar edilən ABŞ və Aİ istisna deyil, çünki bu məhsullar qlobaldır. Onların sözlərinə görə, artıq zərərçəkmişlər də var. Kişilərdə bu, cinsi zəifliyə, qadınlarda isə ovulyasiyaya mənfi təsir göstərir.
Afaq,
Musavat.com
13 Dekabr 2024
12 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ