İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu məhsullar gömrük rüsumundan azad edildi - DƏYİŞİKLİK

Azərbaycana idxal edilən bəzi məhsullar 2026-cı il dekabrın 31-ə qədər 3 il müddətinə gömrük rüsumundan azad edilib.

Musavat.com xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Dəyişikliyə əsasən, daha 3 il gömrük rüsumundan azad edilən məhsullara aşağıdakılar daxildir:

Bəzi tərəvəz bitkilərinin toxumları,

maya kulturaları, çörəkçilik mayaları, hazır çörəkçilik tozları,

balıqdan və ya xərçəngkimilərdən, molyusklardan və ya digər su onurğasızlarından narın və qaba üyüdülmüş un və qranullar, həll olunan balıq məhsulları və ya digər dəniz məməli heyvanlarından məhsullar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR