İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu maşınlar Qarabağdakı yollara xidmət edəcək - FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Qarabağ və Şərqi Zəngəzurda yol infrastrukturuna xidmət göstərilməsi üçün yeni alınan maşın-mexanizmləri təqdim edib.

Musavat.com-un məlumatına görə, avqustun 25-də ​keçirilən təqdimat mərasimində yol təsərrüfatının müxtəlif sahələrində - istismar, təmir, inşaat işlərinin görülməsi üçün nəzərdə tutulan texnikalar, inşa edilən avtomobil yollarının müasir səviyyədə​ və keyfiyyətlə yenidən qurulması üçün Dövlət Agentliyi maşın-mexanizm parkına yeni gətirilmiş xüsusi təyinatlı avadanlıqlarla təchiz olunmuş ​avtomobillər nümayiş olunub.

Qeyd olunub ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yol infrastrukturunun möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər bu il də davam etdirilib, bu məqsədlə Dövlət Agentliyi maşın-mexanizm parkına​ ​40 ​adda 360 yeni texnika və avadanlıqlar alınıb.

Bildirilib ki, müasir infrastrukturun yaradılması, yeni maşın-mexanizmlərin və avtomobillərin alınması işğaldan azad edilmiş ərazilərimizdə istənilən hava şəraitində xidmətin rahat və təhlükəsiz təşkilinə imkan verəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR