Onlayn ictimai-siyasi qəzet
Belarus prezidenti Aleksandr Lukaşenko Ukrayna müharibəsinin bu il müəyyən həll mərhələsinə çata biləcəyini açıqlayıb.
Musavat.com xəbər verir ki, Prezident seçkilərinə həsr olunmuş mətbuat konfransında Lukaşenko münaqişənin tamamilə bitəcəyini vəd etməsə də, “tunelin sonunda işığın görünəcəyini” vurğulayıb.
“ABŞ Rusiyanı Ukrayna məsələsində öz maraqlarına uyğun hərəkət etməyə məcbur edə bilməyəcək. Rusiyanın mövqeyini nəzərə almaq lazımdır, onsuz heç bir həll mümkün deyil. Heç bir Amerika Rusiyaya təzyiq edə bilməz, Putinə necə hərəkət etməli olduğunu deyə bilməz. Tramp isə axmaq deyil ki, belə bir şey etsin. Əgər edərsə, bu, ancaq zərər gətirər,” – deyə Lukaşenko bildirib.
O əlavə edib: “Müharibənin bitəcəyini demirəm, çünki münaqişələr yəqin ki, hələ uzun müddət davam edəcək. Biz slavyanlar belə şeylərdə inadkarıq. Amma bu il vəziyyətin həlli istiqamətində irəliləyiş olacaq".
Lukaşenkonun bu açıqlamaları Ukrayna münaqişəsinin həlli ilə bağlı yeni gözləntilər yaradıb.
Musavat.com
24 Fevral 2025
23 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ